Ermənistan ordusunun Ağdam şəhəri və rayonun digər məntəqələri üzərinə hücumu davam edir. Bu gün günoratdan sonra düşmən işğal olunmuş Canyataq və Gülyataq kəndləri səmtindən rayonun Paprəvənd kəndini güclü top atəşinə tutmağa başlayıblar. Eyni zamanda, erməni işğalçıları zirehli texnikanın köməyi ilə Qızıl Kəngərli kəndi üzərinə hücuma keçiblər. Düşmənin çoxlu sayda piyada qüvvəsinin iştirak etdiyi bu həmlənin qarşısını almaq üçün döyüşçülərimiz ölüm-dirim mübarizəsinə girişmişlər.
Ağdərə bölgəsində də vəziyyət ağır olaraq qalır. Ermənistandan və işğal olunmuş Kəlbəcər bölgəsindən buraya əlavə qüvvələr gətirən düşmənin Ağdərə şəhəri üzərinə hər an yeni hücumu gözlənilir.
Bu gün saat 12 radələrində Füzuli rayonunun ərazisi düşmən tərəfindən top atəşinə məruz qalıb.