AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ağdam və Ağdərə bölgələrində döyüşlər davam edir. Görülən tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin bölmələri düşmənin həmlələrinin qarşısını alıblar. Hazırda Ağdamın Əliağalı, Kiçik-Çinli kəndləri və Ağdərə bölgəsinin Madagiz və Akop-Kəməri məntəqələri uğrunda gərgin döyüşlər gedir. Dünən axşam Ağdərə şəhəri Kasapet, Möhrətaq və Metşen istiqamətlərindən artilleriya atəşinə tutulub. Ağdamın Şelli istiqamətində isə ara-sıra atışmalar olub.