AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ötən gecə və bu gün səhər Respublikamızın Ermənistanla sərhəd boyunca əməliyyat şəraiti əsasən sakit keçib. Lakin buna baxmayaraq, Ermənistan ordusunun bölmələri Qarabağ cəbhəsində öz döyüş əməliyyatlarını davam etdiriblər.
Avqustun 1-nə keçən gecə və bu gün ərzində Füzuli rayonunun Dilağarda yaşayış məntəqəsi, Cəbrayıl rayonunun Quşçular və Goranboy rayonunun Gülüstan kəndlərindəki gözətçi məntəqələrimiz düşmən tərəfindən işğal olunan ərazilərdən avtomat və pulemyot silahlardan atəşə tutulub.