Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələri şimal-qərb sərhədlərində yerləşən yaşayış məntəqələrimizi və mövqelərimizi güclü atəşə tutmağa başlayıblar. Dünən günün ikinci yarısında Qazax rayonunun Daş Salahlı, Aslanbəyli, Fərəhli, Qaymaqlı kəndləri, Ağstafa rayonunun Dağ Kəsəmən kəndi toplardan, tanklardan, “QRAD” qurğularından və iriçaplı pulemyotlardan atəşə tutulub. Rayonda dağıntı vardır.
Dünən Ağdamın işğal olunmuş Mərzili kəndində yerləşən düşmən Ağcabədinin Qiyaməddinli kəndini tanklardan atəşə tutub.
Füzuli şəhəri ətrafında vəziyyət gərgin olaraq qalır. Burada yerləşən mövqelərimiz Baxtıç, Məngələnata, Uryandağ yüksəklikləri və işğal olunmuş Qacar kəndi səmtlərindən avtomat və pulemyotlardan atəşə tutulub.