Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dünəndən başlayaraq Füzuli şəhəri və ətrafdakı kəndlər yenidən ermənilərin tutduqları mövqelərdən topa tutulur. Avqustun 7-nə keçən gecə şəhərin atəşə tutulması şiddətlənib və bu atəş bütün gün ərzində davam edib. Artıq ikinci gündür ki, erməni qoşunları Füzuli şəhərinin yaxınlığında yerəşən Qaraməmmədli kəndinə hücum edirlər. Düşmənin bu həmlələrini dəf etmək üçün bütün vasitələrdən istifadə olunur. Füzuli cəbhəsi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin cəmləşməsi davam edir. İşğal olunmuş Qacar kəndi istiqamətindən irəliləmək istəyən ermənilərin silahlı dəstəsinin birini qabaqlayan topçularımız sərrast atəşlə düşməni xeyli itkiyə məruz qoyublar.
Dünən və bu gün Ağdam rayonunun işğal edilmiş Mərzili kəndi istiqamətindən Ağcabədinin Qiyaməddinli kəndi toplardan atəşə tutulub. Eyni zamanda Gədəbəyin sərhəd məntəqələri və Naxçıvan MR-sı Ordubad rayonunun Kilid gözətçi məntəqəsi də Ermənistan ərazisindən atəşə tutulub.