Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Füzuli ətrafında vəziyyət gərgin olaraq qalır. Dünən axşam və ötən gecə şəhər şimal və cənub-qərb istiqamətlərindən top və tank atəşinə tutulub. Dünən və bu gün ərzində Cəbrayıl rayonunun Quşçular kəndi də atəşə məruz qalıb. Dünən axşam Qarabağın şimalında yerləşən Talış kəndi ermənilər tərəfdən raket qurğularından atəşə tutulub. Nəticədə yaralananlar var. Ötən gecə sərhəddə yerləşən məntəqələrimizdə də sakitlik pozulub. Gədəbəy rayonunun Mormor və Novoivanovka kəndləri Ermənistanın Krasnoselsk rayonu ərazisində yerləşən sərhəd yüksəkliklərindən müxtəlif növ silahlardan atəşə tutulub.