AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Füzuli ətrafında vəziyyət gərgin olaraq qalır. Ötən gecə və bu gün şəhər top və tank atəşinə tutulub. Dünəndən başlayaraq Ermənistan ordusu bölmələri Füzulinin cənub-qərbində fəallığı artırmağa çalışırlar. Gün ərzində düşmən bu istiqamətdə bir neçə hücum cəhdi etsə də döyüşçülərimiz bu cəhdləri dəf ediblər.
Eyni zamanda Cəbrayıl, Ağcabədi, Gədəbəy və Zəngilan rayonlarının yaşayış məntəqələri düşmənlər tərəfindən atəşə tutulub.