Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dünən avqustun 13-də Ermənistan ordusunun başladığı hücum əməliyyatından sonra Ağdam rayonunun Şirvanlı, Qaraqaşlı, Göytəpə, Eyvazxanbəyli, Kosalar və Şişpapaqlı kəndləri də tapdaq altına düşüb.
Həmin gün saat 18-dən 23-dək Tovuz və Ağstafa rayonlarının ərazisi Ermənistan istiqamətindən toplardan  və “Qrad” qurğularından güclü atəşə məruz qalıb. Dağıntı və təlafat var.
Gecə Ordumuzun Füzuli rayonu və Naxçıvan MR-nın Sədərək rayonunda yerləşən mövqeləri artilleriya qurğularından və iriçaplı pulemyotlardan atəşə tutulub.
Bu gün, avqustun 14-də cəbhədə nəzərə çarpacaq dəyişiklik olmayıb.