Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Respublikanın cənub-qərb hissəsində gərgin döyüşlər davam edir. Füzuli və Cəbrayıl rayonlarında vəziyyət, əvvəlki kimi ağır olaraq qalır. Dünən axşam Ermənistan ordusunun bölmələri Cəbrayılın Daşkəsən kəndini işğal ediblər. Müdafiə Nazirliyi əməliyyat idarəsinin məlumatına əsasən bu gün avqustun 18-də düşmən bir neçə dəfə Füzuli şəhərini işğal etməyə cəhd göstərsə də, şəhəri qoruyan döyüşçülərimiz hər dəfə bu cəhdlərin qarşısını alıblar.
Artıq 2 gündür ki, Qubadlı bölgəsində gərgin döyüşlər gedir. 3 istiqamətdən hərəkət edən ermənilərin həmlələrini dəf edən əsgərlərimiz düşmənin 2 tankını və 2 PDM-ni məhv ediblər. Ağır döyüşlərdən sonra rayonun işğal olunmuş Başarat kəndi azad edilib. Bu döyüşlərdə 20-yə qədər düşmən əsgəri məhv edilib. Bu gün səhərdən Qubadlı şəhəri, eləcə də Zəngilan rayonunun məntəqələri “QRAD” qurğularından atəşə tutulub.