Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Hazırda şiddətli döyüşlər əsasən Füzuli və Cəbrayıl şəhərləri ətrafında davam edir. Çox çətinliklə olsada döyüşçülərimiz rayon mərkəzlərinə edilən hücumların qarşısını alırlar.
Avqustun 18-dən başlayaraq Laçın rayonunun cənubunda yerləşən Güləbird kəndi ətrafında qanlı döyüşlər davam edir. O cümlədən Qubadlı rayonunun Muradxanlı kəndi də müntəzəm olaraq müxtəlif silahlardan atəşə tutulur. Bu istiqamətdə düşmənə güclü müqavimət göstərərək əsgərlərimiz ermənilərin hücumlarını dəf edirlər.
Ötən gecə Qubadlı və Zəngilan rayonlarının sərhəd məntəqələri Ermənistanın Qafan hərbi bazası istiqamətindən atəşə tutulub. Eyni vaxtda isə Naxçıvan MR-sı Ordubad rayonunun Soyuq məntəqəsi Ermənistan ərazisindən atəşə məruz qalıb.