Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Bu gün də Füzuli və Cəbrayıl şəhərləri ətrafında vəziyyət gərgin olaraq qalıb. Düşmən, rayon mərkəzlərinin yaxınlığındakı mövqelərdən onları daim atəş altında saxlayır.
Laçın rayonunun Güləbird kəndindən şimalda bir neçə gün davam edən döyüşlər nəticəsində düşmənin hücumları dəf edilib. Güləbird kəndi əsgərlərimizin nəzarətində qalıb. Bu gün səhər isə Qubadlının sərhəd boyu məntəqələri Ermənistan ərazisindən atəşə tutulub.
Bu gün saat 10 radələrində Ermənistan qoşunları tank və piyadaların köməyilə Xocavənd rayonunun ərazisində yerləşən Ağburun məntəqəsinə hücuma keçiblər. Gün ərzində gedən döyüşdə düşmən tərəfi təlafat verərək saat 16-dan geri oturdulub.
Respublikanın şimal-qərbində bu gün də sakitlik pozulub. Gündüz Qazax və Tovuz rayonlarının sərhəd kəndləri Ermənistan ərazisindən atəşə tutulub.