Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan sərhədinin cənub hissəsində vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistan Silahlı Qüvvələri bilavasitə Ermənistan ərazisindən respublikamızın Zəngilan və Qubadlı bölgələrinə hücum etməyə cəhd göstərirlər.
Bu gün səhər tezdən erməni hərbi birləşmələri artilleriya hazırlığından sonra Mehri və Qafan rayonları səmtindən Zəngilan rayonunun ərazisinə hücuma keçiblər. Rayonun Kolluqışlaq, Şayıflı kəndləri, eləcə də Şükürataz yüksəkliyi yaxınlığında gərgin döyüşlər gedib. Döyüşçülərimiz düşmənin bütün həmlələrini dəf edərək, onu geri oturdublar.
Avqustun 25-i günorta çağı düşmən Gorus rayonu Kornidzor kəndi istiqamətindən Qubadlı rayonundakı mövqelərimizə və Qızqəbri adlanan sahəyə həmlələr etməyə cəhd göstəriblər.