Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Respublikamızın cənub-qərb sərhədlərində vəziyyət gərgin olaraq qalır. Bu gün səhərdən başlayaraq Laçın və Cəbrayıl rayonlarının işğal olunmuş ərazisində möhkəmlənən Ermənistan SQ-nin hissələri hər iki istiqamətdən Qubadlı bölgəsindəki mövqelərimizə hücuma keçmişlər. Ordumuzun əsgərləri, yerli əhali və polis işçilərinin birgə səyi nəticəsində düşmənin həmlələri dəf olunur.
Gün ərzində Qubadlının Ermənistanla həmsərhəd kəndləri də artilleriya atəşinə tutulub.
Avqustun 29-da Ermənistan ordusu Respublikamızın dövlət sərhədini yenidən pozaraq Zəngilan rayonuna hücuma keçmişlər. Ermənilər Sobu yüksəkliyi istiqamətində hərəkət etməyə cəhd göstərmiş, lakin əsgərlərimiz düşmənin xeyli canlı qüvvəsini məhv edərək onu geri çəkilməyə məcbur etmişlər.