Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Respublikamızın cənub-qərb hissəsində yerləşən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında vəziyyət son dərəcə gərgindir. Dünən səhərdən bu rayonlar üzərinə başlanan düşmən hücumu bu gündə davam edib. Cəbrayıl rayonunun mərkəzini və bir sıra kəndlərini işğal edən ermənilər Qubadlı rayonunun şərq hissəsinə hücumlarını davam etdirirlər. Çoxlu miqdarda zirehli texnikadan istifadə edən Ermənistan Ordusunun bölmələri Həkəri çayının sol sahilindəki yaşayış məntəqələrini ələ keçiriblər. Bu istiqamətdə döyüşlər davam edir.
Avqustun 31-nə keçən gecə isə Gədəbəy və Qazax rayonlarının sərhəd məntəqələri Ermənistan ərazisindən atəşə tutulub.