AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cəbrayıl rayonunun yaşayış məntəqələri əvvəlki kimi ötən gecə və avqustun 2-si saat 9-13 arasında erməni mövqelərindən atəşə tutulub. Bu gün səhər həmçinin Ermənistan ərazisindən Tovuz rayonunun Haçalı kəndi atəşə tutulub.
Digər döyüş bölgələrində ötən gecə və bu gün əsasən sakit keçib. Cəbhə xəttində ümumi vəziyyət dəyişməyib.