Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər cəbhə xəttində müəyyən sakitlik yaranmasına baxmayaraq gərginlik azalmaq bilmir. Düşmən qüvvələri Cəbrayıl və Füzuli bölgələrindəki mövqelərimizi müntəzəm surətdə atəşə tutmaqda davam edir. Dünən və ötən gecə Quşçular məntəqəsi, Uryandağ yüksəkliyi ətrafında atışmalar olub. Avqustun 3-nə keçən gecə Füzuli şəhəri Baxtıç yüksəkliyindən 1 saat ərzində atəşə məruz qalıb.
Bəzi sərhəd bölgələrində də sakiktlik pozulmuşdur. Tovuz rayonunun Haçalı məntəqəsi, Naxçıvan MR-nın Sədərək qəsəbəsi Ermənistan ərazisindən atəşə tutulub.