Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 1993 16:39

Müdafiə Nazirliyinin məlumatı

Dünən, avqustun 4-də və avqustun 5-nə keçən gecə cəbhə xəttində əməliyyat şəraiti dəyişməyib. Ermənistan ordusunun bölmələri Qazax rayonunun sərhədində yerləşən mövqelərimizi atəşə tutmaqda davam edirlər. Dünən rayonun Quşçu Ayrım kəndi Ermənistan ərazisindən atəşə məruz qalıb.
Ötən gecə Goranboy rayonunun Gülüstan kəndi ətrafında vəziyyət xeyli gərginləşib. Bu istiqamətdə başlayan döyüş 5 saata qədər davam edib.
Bu gün, avqustun 5-də cəbhənin cənub hissəsində atışmalar yenidən başlayıb. Cəbrayıl rayonunun Quşçular kəndi Şişqaya yüksəkliyi və işğal olunmuş Günəşli kəndi səmtlərindən, Füzuli bölgəsindəki mövqelərimiz isə Xatınbulaq və Gorazıllı kəndləri tərəfdən minaatanlardan atəşə məruz qalıb.