Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 1993 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Ordusunun bölmələri artıq neçə gündən bəri düşmənin Füzuli şəhəri üzərinə hücumunun qarşısını alıblar. 3 gün davam edən şiddətli döyüşlərin nəticəsində döyüşçülərimiz Məngələnata yüksəkliyini, Zərgər və Qıyıqçı kəndlərini Ermənistan Silahlı Qüvvələrinin əsgərlərindən təmizləyiblər. Dünən, avqustun 8-də axşam döyüşçülərimiz bir gün əvvəl işğal edilmiş Qaraməmmədli kəndini də ermənilərdən azad etməyə müvəffəq olublar. Azərbaycan Ordusunun bu müvəffəqiyyətindən qeyzlənən düşmən dünən axşamdan başlayaraq keçmiş Hadrut rayonunun Edilli və Düdükçü kəndləri istiqamətlərindən Füzuli şəhərini top və tanklardan atəşə tuturlar.
Ağdam cəbhəsində də düşmənin hücumunun qarşısını almaq üçün tədbirlər görülür. Əks-hücuma keçən döyüşçülərimiz Yusifcanlı kəndini ermənilərdən azad ediblər.
Dünən axşam Gədəbəy rayonunun İvanovka kəndi minaatanlardan, ötən gecə isə Murovdağ aşırımındakı mövqelərimiz müxtəlif növ silahlardan ara-sıra atəşə tutulub.