Sentyabrın 8-də ermənilər saat 10:30-da Xanlıq istiqamətindən Muğanlı kəndinə tərəf hücuma keçmişlər. Azərbaycan Ordusunun bölmələri atəşkəs haqqındakı danışıqlara əməl edərək düşmənə atəş açmamışdır. Ermənistan ordusunun bölmələri bir qədər taktiki manevrlər etdikdən sonra, yenidən Xanlıq istiqamətindəki mövqelərinə qayıtmışlar.
Sentyabrın 8-də saat 21:10-dan 21:30-dək Ermənistan ordusunun bölmələri Naxçıvan MR-nın Sədərək qəsəbəsindəki postlarımızı artilleriya və digər silahlardan atəşə tutublar. Döyüşçülərimiz düşmənə cavab atəşi açmayıb.
Digər bölgələrdə nisbi sakitlik olub.