Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

Məlumat verildiyi kimi ATƏT-in hazırkı sədrinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə şəxsi nümayəndəsi cənab Anjey Kasprçik cəbhə xəttində monitorinq keçirmək məqsədilə 1997-ci il aprelin 14-də bölgəyə gəlmişdir.
Aprelin 15-də cənab A.Kasprçik öz səhra köməkçisi polkovnik M.Xoxolaçek və onları müşaiyət edən şəxslərlə cəbhənin Horadiz rayonu sahəsində qoşunların təmas xəttində atəşkəs rejimi monitorinqi keçirdiyi zaman saat 15:05 və 15:15-də ermənilər tərəfindən atəşə tutulmuşlar.
Müşahidə aparılması haqqında qabaqcadan razılıq əldə edilməsinə, üstündə ATƏT-in bayrağı və bu təşkilatın adı olan avtomobilin aydın görünməsinə baxmayaraq erməni tərəfi monitorinq keçirənləri görə-görə onlara atəş açmış və tədbirin keçirilməsinə qəsdən maneəçilik törətmişdir.
Cənab A.Kasprçik etiraf etmişdir ki, ermənilərin təqsiri ucbatından atəşkəs pozulmuş və atəş zamanı məhz onlar hədəf seçilmişlər. O, bu nəticəyə gəlmişdir ki, erməni ordusunda nəzarətin zəif olduğu və böyük komandirlərin əmrlərinə tabe olmamaq hiss edilir.
ATƏT sədrinin şəxsi nümayəndəsi heç bir çərçivəyə sığmayan bu hadisəni fövqəladə vəziyyət adlandırmış və bu barədə ATƏT rəhbərliyinə mütləq məlumat verəcəyini bildirmişdir.