AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il mayın 8-də saat 21.40-dan 22.10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen kəndi istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar. Cavab atəşindən sonra düşmən susdurulmuşdur.
İtki yoxdur.