AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il mayın 11-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 00:01-dən 01:15-dək Berd rayonunun Çinari kəndi istiqamətindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Koxanəbi kəndləri, saat 13:30-dan 14:30-dək və 21:55-dən 22:25-dək İcevan rayonunun Vazaşen kəndi istiqamətindən Qazax rayonunun Balacəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, iriçaplı pulemyotlardan və zenit qurğularından atəşə tutmuşlar. Cavab atəşi ilə düşmən susdurulmuşdur. Bir nəfər yaralanmışdır.