Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il mayın 14-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 19:20-dən 19:30-dək və saat 23:00-dan 23:10-dək Berd rayonunun Çinari və İcevan rayonunun Vazaşen kəndləri istiqamətindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Qazax rayonunun Balacəfərli kəndləri sahəsindəki; mayın 15-də saat 01:15-dən 02:30-dək İcevan rayonunun Paravakar kəndi və Paravakaryal dağı istiqamətlərindən Ağstafa rayonunun Tatlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, tankəleyhinə qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar. Cavab tədbirlərindən sonra düşmən atəşi dayandırmışdır.
İtki yoxdur.