Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 11:00-dan 11:30-dək və saat 14:15-dən 14:30-dək Berd rayonunun Çinari kəndi istiqamətindən Tovuz rayonunun Koxanəbi kəndi; saat 14:45-də işğal olunmuş Xocavənd rayonunun Kuropatkino kəndi istiqamətindən Ağcabədi rayonunun cənub-qərbindəki; saat 16:55-dən 17:00-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndi istiqamətindən həmin rayonun Məmmədbağırlı kəndi; saat 17:00-dan 17:15-dək İcevan rayonunun Paravakaryal dağındakı mövqelərindən Qazax rayonunun cənubundakı; mayın 19-da isə saat 00:30-dan 01:00-dək Füzuli rayonunun işğal olunmuş Kürdlər kəndinin şərqindəki mövqelərindən Aşağı Əbdürrəhmanlı kəndi sahəsindəki mövqelərimizi atıcı silahlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.