Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il mayın 8-də Mərkəzi Zabitlər evində faşizm üzərində qələbənin 52-ci ildönümü münasibətilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilmişdir.
Azərbaycan Respublikası Müdafiə nazirinin sosial və siyasi işlər üzrə müavini polkovnik M. Səlimov görüşü açaraq, Azərbaycan xalqını, müharibə veteranlarını və Silahlı Qüvvələrin şəxsi heyətini Qələbə günü münasibətilə Müdafiə nazirliyi rəhbərliyi adından təbrik etmiş və onlara öz işlərində uğurlar arzulamışdır.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Şurasının sədri, istefada olan general-mayor B.Hüseynov cavab nitqi söyləmiş, rəhbərlik etdiyi təşkilatın adından müharibə veteranları, əsgər və zabitləri Qələbə günü münasibətilə təbrik etmiş, torpaqlarımızın erməni işğalçılarından tezliklə təmizlənməsini arzulamış və görüş üçün Müdafiə nazirliyi rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Azərbaycanın xalq artisti V.Şiryenin çıxışı hərarətlə qarşılanmışdır. Görüş maraqlı konsert proqramı ilə tamamlanmışdır.