AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il mayın 12-də ABŞ Milli Hərbi Kollecinin bir qrup nümayəndəsi Azərbaycan Respublikasına gələcəkdir. Səfər zamanı qonaqlar Müdafiə naziri general-leytenant S. Əbiyevin qəbulunda olacaq, H. Aslanov adına Bakı Ali Birləşmiş Komandirlər məktəbinin kursantları və professor-müəllim heyəti ilə görüşəcək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrindən biri ilə tanış olacaqlar.