Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 12-də Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1998-ci tədris ilinin yekunlarına həsr edilmiş geniş kollegiyası keçirilmişdir. Müdafiə naziri general-polkovnik S.Əbiyev tədris ilinə yekun vuraraq, il ərzində Silahlı Qüvvələrdəki uğurlardan, çatışmazlıqlardan söhbət açmış və 1999-cu tədris ili üçün Silahlı Qüvvələr qarşısında yeni vəzifələr qoymuşdur.
Sonda Müdafiə nazirinin ilin yekunlarına aid əmri oxunmuş və fərqlənənlər mükafatlandırılmışdır.