Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 1996 00:01

Müdafiə Nazirliyinin məlumatı

1996-cı il dekabrın 9-da “N” bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin sədrliyi ilə Müdafiə Nazirliyi hərbi kollegiyasının geniş səyyar iclası keçirilmişdir. İclasın gündəliyində iki məsələ olmuşdur. “1996-cı il üzrə döyüş hazırlıqlarının yekunları” mövzusunda birinci məsələ üzrə Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev geniş məruzə etmişdir. O, il ərzində Respublika Silahlı Qüvvələrinin birləşmə və hissələrində döyüş hazırlığı vəziyyətini dərindən təhlil edərək uğurları və qüsurları aşkarlamışdır.
“1996-cı ildə hərbi intizamın və hüquq qaydasının vəziyyəti, qarşıda duran vəzifələr” mövzusunda ikinci məsələ üzrə Müdafiə nazirinin sosial və siyasi işlər üzrə müavini polkovnik M,Səlimov məruzə etmişdir. Hərbi kollegiyanın iclasında Respublika Hərbi prokuroru polkovnik R.Rzayev çıxış etmişdir, zabitlərin suallarına cavab vermişdir.
İclasın sonunda Müdafiə naziri general-leytenant S.Əbiyev xidmətdə fərqlənən zabitlərə qiymətli hədiyyələr təqdim edərək, iclasa yekun vurmuş, 1997-ci il üçün birləşmə və hissə komandirlərinin qarşısında yeni vəzifələr qoymuşdur.