Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 1996 00:01

Müdafiə Nazirliyinin məlumatı

Son zamanlar respublika kütləvi informasiya vasitələri Azərbaycanın Qəbələ rayonu ərazisində yerləşən Radiolokasiya stansiyası (RLS) haqqında müxtəlif məlumatlar yayırlar.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti ona edilən çoxsaylı sorğulara cavab verməkdən və bu qəbildən olan xəbərlərin həqiqətə nə dərəcədə uyğun olmasını yoxlamaqdan ötrü RLS-in komandanlığı ilə əlaqə saxlamış və bəzi suallara cavab almışdır.
İlkin mənbə Azərbaycan mətbuatında RLS ilə bağlı gedən bütün məlumatların ancaq şaiyə olduğunu vurğulamış, hərbi hissənin statusunun indiyə qədər müəyyən edilməməsindən narahat olduğunu bildirmişdir.
RLS-in bağlanması və ya onun əmlakının dağıdılması haqqında yayılan xəbərlərin də heç bir əsası yoxdur.
Şimal dəmir yolunun bağlanması ilə əlaqədar Ləki qəsəbəsində yerləşən xidmət bölmələri öz funksiyasını yerinə yetirə bilmədiyindən komandanlığın qərarı ilə onun ərazisində olan boru və digər əmlak çıxarılaraq RLS-in Qəbələ yaxınlığındakı yaşayış sahəsinin qızdırıcı sisteminin qış mövsümünə hazırlığı məqsədilə istifadə edilir.
RLS-in komandanlığı Azərbaycan KİV-nin obyektiv olmasını və yoxlanılmamış məlumatların çap edilməməsini arzu etmişdir.