Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 1996 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Respublikası “Snark” agentliyinin yaydığı məlumatda deyilir ki, aprelin 30-da axşam və aprelin 30-dan mayın 1-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq sahəsində Tavuş vilayətinin Kirants və Çinari kəndlərinin müdafiə mövqeləri Azərbaycan ərazisindən kiçikçaplı pulemyotlardan, minaatanlardan və digər silah növlərindən atəşə tutulmuşdur. “Snark” agentliyi bu məlumatı Ermənistan Müdafiə nazirliyinin mətbuat xidmətindən aldığını bildirir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti bu məlumatı qəti təkzib edərək bildirir ki, həmin vaxtda bütün cəbhə xəttində olduğu kimi, sərhədin göstərilən sahəsində də Azərbaycan tərəfi atəşkəsə əməl etmişdir. “Snark” agentliyi Azərbaycan-Ermənistan sülh danışıqlarının yeni mərhələyə daxil olduğu bir vaxtda yenə də təxribatla məşğuldur.