Aprelin 30-da Azərbaycan Respublikasının Müdafiə naziri Səfər Əbiyev Almaniyanın Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Mixail Şmunku onun xahişilə qəbul etmişdir. Alman səfiri Müdafiə Nazirliyinə on beş min marka qiymətində video-foto aparatları və kompüterlər hədiyyə vermişdir. Səfir M.Şmunk Müdafiə Nazirliyinin rəhbərliyinə ordu quruculuğunda yeni müvəffəqiyyətlər və Qarabağ probleminin tezliklə dinc yolla həll olunmasında uğurlar arzulamışdır.
Müdafiə naziri S.Əbiyev səfirə qiymətli hədiyyələr üçün öz minnətdarlığını bildirmiş və alman xalqına tərəqqi yolunda müvəffəqiyyətlər arzulamışdır.