Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və 1994-cü ilin Vyana sənədinə müvafiq olaraq martın 16-dan 20-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və martın 17-dən 20-dək Estoniya Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirəcəklər.
İnspeksiyanın məqsədi Azərbaycanın bu müqavilələr çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət etməkdir.