Azərbaycan Respublikası ilə NATO arasında hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərafdaşlıq” proqramı çərçivəsində martın 16-dan aprelin 3-dək AFR-in Oberomerqau şəhərində sülhməramlı əməliyyatlar üzrə qərargah zabitlərinin kursları keçirilir.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 17-dən 18-dək Yunanıstan Respublikasının Afina şəhərində “Olimpiya-98” təlimlərinin planlaşdırılması üzrə ilkin konfrans keçiriləcəkdir.
Hər iki tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.