Azərbaycan Respublikasının prezidenti H.Əliyevin “Cəmşid Naxçıvanski adına hərbi liseyin 25 illiyinin keçirilməsi haqqında” 1998-ci il 13 mart tarixli sərəncamının 2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev “Cəmşid Naxçıvanski adına hərbi liseyin 25 illiyinin keçirilməsi üzrə Təşkilat Komissiyasının yaradılması haqqında” əmr imzalamışdır.
Martın 25-də Təşkilat Komissiyasının iclası keçirilmişdir. Komissiyanın sədri polkovnik M.Beydullayev Azərbaycan Respublikasının prezidenti H.Əliyevin sərəncamını, Müdafiə nazirinin əmrini və Hərbi liseyin 25 illik yubileyinin hazırlanması ilə əlaqədar keçiriləcək tədbirlər planının layihəsini komissiya üzvlərinə çatdırmışdır.
Tədbirlər planı müzakirə olunaraq müəyyən əlavələrlə qəbul olunmuşdur.