Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 10-da saat 23:15-dən 23:25-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vayk rayonunun Bartsruni yaşayış məntəqəsi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Kərməçatax kəndi ərazisindəki bölmələrini atıcı silahlardan atəşə tutmuşlar.
Mayın 10-dan 11-nə keçən gecə isə saat 23:50-dən 00:05-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Orta Qərvənd kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulub.
İtki yoxdur.