AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 11-dən 15-dək Brunsum şəhərində (Niderland) NATO təlimlərinin planlaşdırılması prosesləri üzrə seminar keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri iştirak edirlər.