Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev ABŞ sənaye kollecinin mülki şəxslərdən və hərbiçilərdən ibarət bir qrup dinləyicisini qəbul etmişdir. Qonaqları salamlayan nazir artıq bu görüşlərin ənənəvi səciyyə daşıdığını, onların Azərbaycan və ABŞ dövlətlərinin bir-birini yaxından tanımasına və qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət etdiyini vurğulamışdır. O, demişdir: “Təəssüf olsun ki, ABŞ Konqresinin “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişi iki xalqın əməkdaşlığının güclənməsinə maneçilik törədir”.
General-leytenant S.Əbiyev sonra qonaqları regiondakı hərbi-siyasi vəziyyət, keçmişdə və hazırda mövcud olan energetika sistemi, Ermənistan-Azərbaycan münaqişəsinin və azərbaycanlıların Ermənistandan deportasiya tarixi, qısa müstəqillik dövründə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər və qarşılaşdığı çətinliklər ilə tanış etmişdir.
Nazir həmçinin azərbaycan xalqının Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla həll etmək istədiyini, bununla belə Azərbaycan Silahlı Qüvvələrinin hər hansı təcavüzü dəf etməyə hazır olduğunu qeyd etmişdir.
ABŞ sənaye kolleci qrupunun rəhbəri xanım Diana Armstronq səmimi qəbul, maraqlı söhbət, görüşdən aldıqları dərin təəssürat üçün nazirə minnətdarlıq etmişdir. Görüş zamanı Müdafiə naziri qonaqların suallarına cavab vermişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik-leytenant D.Zarenski iştirak etmişdir.