Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 15-də saat 15:15-dən 19:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber yaşayış məntəqəsinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl-Hacılı kəndi sahəsindəki bölmələrini atıcı silahlardan, iriçaplı pulemyotlardan və tank əleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.
Düşmənə cavab atəşi açılmışdır. Atışma nəticəsində hər iki tərəfdən zərərçəkənlər olmuşdur.
Elə həmin gün saat 21:00-dan 21:20-dək düşmən Ararat rayonu sahəsindəki Qazma dağında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Həsənqulu-Bax dağındakı mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.