Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İsmayıl Haqqı Qaradayı aprelin 13-dən 15-dək Bakıda rəsmi səfərdə olmuşdur. Səfərin məqsədi 1996-cı il iyunun 10-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikitərəfli hərbi əməkdaşlıq barəsində imzalanmış Saziş çərçivəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılmasının qarşılıqlı müzakirəsi idi.
İsmayıl Haqqı Qaradayı səfər müddətində “Şəhidlər” xiyabanını ziyarət etmiş, Hərbi Əməkdaşlığı Əlaqələndirmə mərkəzində, Ordu evində, Bakı Ali Birləşmiş Komandanlıq məktəbində olmuş, buradakı şərait və maddi-tədris bazası ilə maraqlanmışdır.
Ordu generalı İsmayıl Haqqı Qaradayını Azərbaycan Respublikasının Prezidenti H.Əliyev, Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı böyük elçisi Qədri Ecvet Tezcan qəbul etmişdir.
Ordu generalı İ.H. Qaradayı aprelin 15-də Bakıdan Tbilisiyə yola düşmüşdür.