Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 14-dən 16-dək Neapol şəhərində (İtaliya Respublikası) NATO-nun Cənubi Avropadakı Silahlı Qüvvələrinin Birləşmiş Baş Komandanlığında “Kooperativ Key-98” təlimlərinin planlaşdırılması üzrə yekun konfransı keçiriləcəkdir.
Aprelin 15-dən 16-dək isə İzmir şəhərində (Türkiyə Respublikası) “Kooperativ Determineyşn – 98” təlimlərinin planlaşdırılması üzrə ilkin konfrans keçiriləcəkdir.
Hər iki tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.