Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 6-da saat 20:30-dan 21:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Satılmış dağı ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsində yerləşən bölmələrini avtomatlardan, iriçaplı pulemyotlardan və tankəleyhinə qumbaraatanlardan atəşə tutmuşlar. İtki yoxdur.
Həmin gün saat 17:30-da Füzuli rayonunun Horadiz kəndi sahəsindəki mövqelərimiz düşmən tərəfdən avtomatlardan atəşə tutulmuşdur. Bir nəfər yaralanmışdır.