Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Ermənistan-Azərbaycan cəbhəsində qoşunların təmas xətti boyu atəşkəs rejimini pozmaqla təşviqat mərmilərilə təxribat xarakterli vərəqələr yaymağı davam etdirir.
Yanvarın 31-də düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin yerləşdiyi Goranboy rayonunun Tap və Tərtər rayonunun Marquşevan yaşayış məntəqələri istiqamətində təşviqat mərmiləri atılmışdır.
Həmin gün saat 21:00-da Tərtər rayonunun Marquşevan kəndi sahəsində yerləşən bölmələrimiz minaatanlardan atəşə tutulmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı cavab tədbirləri görür.