Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 17-də saat 12:35-də işğal olunmuş Xocavənd rayonu ərazisindəki Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti sahəsində atəşkəs rejimi monitorinqinin keçiriləcəyi məntəqə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən avtomatlardan və qumbaraatanlardan atəşə tutulmuşdur.
Bu təxribat əməliyyatı nəticəsində Azərbaycan tərəfindən monitorinqin təhlükəsizliyini təmin edən bölmənin bir əsgəri yaralanmışdır. Yaralını atəş altında olan zonadan təxliyyə etmək üçün məcburiyyət qarşısında düşmənə cavab atəşi açılmışdır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu münaqişəni çox ciddi hadisə kimi qiymətləndirir və ATƏT müşahidəçilərinin keçirdiyi atəşkəs rejimi monitorinqinin pozulması faktı üçün bütün məsuliyyəti erməni tərəfinin üzərinə qoyur.