Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 10-dan 12-dək Baykorn şəhərində (Böyük Britaniya) “Kooperativ BEAR-98”  təlimlərinin planlaşdırılması üzrə konfrans və fevralın 12-dən 18-dək Brüssel şəhərində (Belçika Krallığı) böhranların idarəedilməsi üzrə “SMX -98” komanda-qərargah təlimləri keçiriləcəkdir. Hər iki tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.