Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 1999 00:02

Müdafiə Nazirliyinin məlumatı

İyunun 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunları əməliyyat İdarəsinin rəisi general-leytenant Behzat Baltanı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Qonaqları “həmişə siz gələsiniz” sözləri ilə salamlayan Müdafiə naziri qardaş gəlişinə şad olduğunu bildirmişdir.
Qonaq səmimi qəbul üçün nazirə təşəkkürünü bildirmiş, Azərbaycana səfərindən məmnun qaldığını etiraf etmişdir.
Ordu quruculuğu sahəsində fikir mübadiləsi üzərində qurulan görüş regionda mövcud olan hərbi-siyasi vəziyyətlə tanışlıqla başa çatmışdır.
Görüşün axırında general-leytenant B.Balta general-polkovnik S.Əbiyevi və Silahlı Qüvvələrin şəxsi heyətini Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə etmişdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Sadıq Ercan iştirak etmişdir.