ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 24-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Qızıloba yaşayış məntəqəsinin cənub-qərbində, qoşunların təmas xəttində monitorinq keçirmək planlaşdırılır. Monitorinqdə Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra yardımçıları Dittmar Şorkovits, İmre Palatinus və eləcə ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi iştirak edəcəklər.
Əks tərəfdə isə ATƏT-in şəxsi nümayəndəsinin səhra yardımçıları Oleksandr Qnedıx, Olsteyn Larsen, Miroslav Vımetala və həmçinin ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun digər nümayəndələrindən ibarət heyət monitorinqdə iştirak edəcəkdir.