Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 8-dən 11-dək Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli sülhməramlı “Kooperativ Determineyşn-99” təlimlərinin planlaşdırılması və keçirilməsi üzrə Əsas konfrans və seminar keçiriləcəkdir. Tədbirdə NATO komandalığının müxtəlif strukturlarının, NATO üzvü olan ABŞ, Almaniya, Türkiyə, Fransa, İtaliya, Yunanıstan, Macarıstan və tərəfdaş dövlətlər Albaniya, Bolqarıstan, Portuqaliya, İsveçrə, Sloveniya, Slovakiya, Rumıniya, Makedoniya, Moldova, Ukrayna, Özbəkistan, Qırğızıstan və Gürcüstanın general və zabitlərindən ibarət nümayəndə heyətləri iştirak edəcəklər.
Tədbir günlərində NATO-nun Cənub Şərqi Avropada yerləşən Birləşmiş Quru Qüvvələri komandanının müavini general Recinald Klemmonsun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olacaqdır.