Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Stenli Eskuderonu və onu müşaiət edən şəxsləri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra səfir S.Eskudero ABŞ-da müalicə olunan Prezident Heydər Əliyevlə görüşdüyünü və onun səhhətinin yaxşı olduğunu bildirmişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət barəsində qonaqlara məlumat vermiş, Rusiya Federasiyası ilə yanaşı bəzi dövlətlər tərəfindən Ermənistan Respublikasının qeyri-qanuni silahlandırılmasından narahat olduğunu və bunun regionda gərginlik yaratdığını qeyd etmişdir.
Sonra “Azadlığı dəstəkləmə akt”ına 907-ci düzəliş əlavə edilməsini dövlət səviyyəsində Azərbaycan-ABŞ əlaqələrinə mane olduğunu xatırladan Müdafiə naziri, onun tezliklə ləğv edilməsini, ABŞ  dövlətinin Dağlıq Qarabağ probleminin həllində öz fəallığını daha da artmasını arzulamışdır.
Öz növbəsində səfir S.Eskudero deyilən fikirlərlə razılaşdığını və ABŞ dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir.
Cənab S.Eskudero ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik-leytenant Daniel Zarenskinin missiyasının başa çatdığını bildirmiş və yeni təyin olunmuş hərbi attaşe mayor Mitçel Stiven Biondiçi təqdim etmişdir.
General-polkovnik S.Əbiyev polkovnik-leytenant D.Zarenskiyə səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirmiş və yeni təyin olunmuş hərbi attaşe M.S.Biondiçə gələcək işlərində uğurlar arzulamışdır.
Qonaqlar səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkürlərini bildirmişlər.