Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 1999 00:02

Müdafiə Nazirliyinin məlumatı

Mayın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksenko Boris Qriqoryeviçi qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra səfir B.Q.Aleksenko Ukraynanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş hərbi attaşesi polkovnik Qapelik Vladimir Nikolayeviçi ona təqdim etmişdir.
General-polkovnik S.Əbiyev Ukraynanın ilk hərbi attaşesini təyinatı münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır. Sonra Müdafiə naziri qonaqları cənubi  Qafqaz regionundakı hərbi-siyasi vəziyyətlə tanış etmiş, Rusiya Federasiyasının Ermənistan Respublikasını intensiv silahlandırmasından narahat olduğunu bildirmiş və bunun regionda siyasi gərginlik yaratdığını söyləmişdir.
Tərəflər GUÖAM dövlətləri çərçivəsində hərbi əməkdaşlığın perspektivlərini müzakirə etmiş, bu günlərdə Gürcüstanda Bakı-Supsa neft kəmərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin uğurla keçirilməsini və GUÖAM dövlətləri hərbi əməkdaşlığının heç bir dövlətə qarşı istiqamətlənmədiyini vurğulamışlar. Onlar həmçinin bu ilin iyul ayında Kiyevdə keçiriləcək GUÖAM dövlətləri Müdafiə nazirlərinin görüşü zamanı sülhməramlı taburun yaradılması zərurətindən söhbət açmışlar. Ukrayna səfiri səmimi qəbul üçün Azərbaycan Respublikasının Müdafiə nazirinə təşəkkür etmişdir.