Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 30-da Müdafiə Nazirliyi Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi mövzusunda mətbuat konfransı keçirmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini-Təşkilat və Səfərbərlik idarəsinin rəisi general-mayor Əli Kazımov Milli Məclis tərəfindən qəbul olunmuş qanuna əlavələr və dəyişikliklər haqqında, bu günlərdə keçiriləcək növbəti çağırışa hazırlıq barəsində ətraflı məlumat vermişdir.
Mətbuat konfransında Kütləvi İnformasiya Vasitələri nümayəndələrini maraqlandıran suallara ətraflı cavablar verilmişdir.